“Qarabağ” – “Olimpiakos” oyununa ilk gündə nə qədər bilet satıldı?

“Qarabağ” – “Olimpiakos” oyununa ilk gündə nə qədər bilet satıldı?

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” (Yunanıstan) matçına bilet satışı davam edir. 

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk gündə bu oyuna 22 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək),

Qeyd edək ki, oktyabrın 13-ü keçiriləcək “Qarabağ” – “Olimpiakos” görüşü saat 20:45-də başlayacaq.

COMMENTS