“Qarabağ” Riçard Almeyda ilə müqaviləni uzatdı

“Qarabağ” Riçard Almeyda ilə müqaviləni uzatdı

“Qarabağ” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Bu haqda Qol.Az saytına klubun direktoru Əmrah Çəlikəl bildirib.

 

Onun sözlərinə görə, braziliyalı yarımmüdafiəçiləri Riçard Almeyda ilə daha üç il müddətinə müqavilə bağlayıblar. Beləliklə, dünən rəsmiləşən yeni müqaviləyə əsasən, Almeyda 2018-ci ilə qədər “Qarabağ”a məxsus olacaq.

Qeyd edək ki, Almeydanın “Qarabağ”la müqaviləsi 2015-ci ilin yayında başa çatırdı.

COMMENTS