“Qarabağ” “Sivasspor”a qarşı – Yenilənir

“Qarabağ” “Sivasspor”a qarşı – Yenilənir

Bu gün Avropa Liqanın qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.

Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam klubu Türkiyə səfərində “Sivasspor”un qonağı olacaq.

İlk iki turda uduzan hər iki komanda üçün bu görüşdə qələbə olduqca vacibdir.

“Yeni 4 Eylül” stadionunda keçiriləcək görüş Azərbaycan çempionunun Türkiyə təmsilçilərinə qarşı ilk dueli olacaq.

5 noyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

I qrupu

21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim
: Sandro Şarer (İsveçrə)
Sivas. “Yeni 4 Eylül” stadionu

00:00. “Vilyarreal” (İspaniya) – “Makkabi” (Təl-Əviv, İsrail)

COMMENTS