“Qarabağ” əvəzedici komandası üçün heyətinə yeni futbolçu cəlb edib.
Qol.az-ın məlumatına, Ağdam klubu yayda transfer etdiyi Xayme Romeronun qardaşı Daniel Romeronu da heyətinə qatıb. 1996-cı il təvəllüd hücumçu əvəzedici komandada oynayacaq.
Daniel 1-ci divizionun 3-cü turunda “Zirə-2” ilə matçda (7:1) ehtiyat oyunçular skamyasında yer alıb və oynamaq şansı əldə etməyib.
DOSYE.ORG
COMMENTS