“Qarabağ”a qarşı istədiyimizi etdik”

“Qarabağ”a qarşı istədiyimizi etdik”

“Oyunumuzdan razı qaldım. Bizim üçün Avropa Liqasının iştirakçısı olan bir komanda ilə oynamaq çox yaxşı haldır”.

Qol.az xəbər verir ki, bu sözləri “Siqma”nın baş məşqçisi Radoslav Latal “Qarabağ”la yoxlama matçından sonra deyib.

O, Çexiya mətbuatına açıqlamasında 3:1 hesablı qələbəni belə şərh edib: “Çox yaxşı mübarizə apardıq. “Qarabağ”a qarşı istədiyimizi etdik. Ancaq ikinci hissə bəzi dəyişiklərdən sonra səhvlərimiz də oldu. İndi bunları müzakirə etməyin vaxtıdır. Liqa başlayana kimi səhvləri düzəltməliyik. Bu gün qalib gəldiyimiz üçün çox şadam”.

DOSYE.ORG

COMMENTS