Qazaxda ər-arvadın baltalanaraq öldürüldüyü məlum olub

Qazaxda ər və arvad baltalanaraq öldürülüb.
 
Bu barədə APA-ya Qazax rayon Polis Şöbəsindən bildirilib.
 
Qeyd olunub ki, Nəriman Osmanov və Dünya Bakıxanovanın meyitlərinə baxış keçirilərkən onların balta ilə qətlə yetirildiyi müəyyənləşib.
 
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Xatırladaq ki, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri – 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan, 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın üzərilərin kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
 
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.
 

COMMENTS