Qazaxıstan Ukraynaya qarşı müharibəyə qoşulur?

Qazaxıstan Ukraynaya qarşı müharibəyə qoşulur?

Qazaxıstandan Rusiyaya hərbi texnikanın göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar reallığa uyğun gəlmir.

DOSYE.ORG xəbər verir ki, bu barədə Qazaxıstan İnformasiya Nazirliyi məlumat yayıb.

“Sosial şəbəkələrdə hərbi konvoyun keçdiyini əks etdirən video yayılıb. İddia edilir ki, bu texnikalar Prezident Kasım-Jomart Tokayev və Prezident Vladimir Putinin razılığı əsasında Qazaxıstandan Rusiyaya göndərilir. Bildiririk ki, bu, doğru deyil”, – açıqlamada deyilir.

Yayılan məlumatı Qazaxıstan Müdafiə Nazirliyi də təkzib edib:

“Xəbər doğru deyil. Rusiyaya Qazaxıstan texnikaları göndərilmir”.

MN xatırladıb ki, hazırda Qazaxıstan KTMT-nin birgə təlimləri üçün texnika cəlb edir. Qeyd olunub ki, sentyabrın 26-dan oktyabrın 8-dək Jambıl və Alma-Ata vilayətlərində KTMT-nin birgə təlimləri keçirilir.

COMMENTS