Qazaxıstanlı jurnalist Azərbaycandan YAZDI

Qazaxıstanlı jurnalist Azərbaycandan YAZDI

Qazaxıstanın tanınmış jurnalisti Oljas Berkinbayev Azərbaycanın tarixi bölgələrinə səfəri və Qafqaz albanları barədə təəssüratlarını bölüşüb.

Modern.az xəbər verir ki, “Кавказдағы албандар: тарих және тағылым” adlı məqaləsində Oljas Berkinbayev Şamaxının Dəmirçi kəndində  olan alban abidələrindən, Şirvan bölgəsindəki tarixi memarlıq abidələrindən, həm də  Şirvanşahların məskəni olan bu bölgədəki kiçik etnos xalqlardan, onların məişəti və ənənəsindən söhbət açır.

Jurnalist 26 tayfadan biri olan Ulu Alban məmləkətinin yurdu Azərbaycanın qədim tarixçilərin kitablarında  adı keçdiyini qeyd edir. O, Dəmirçi kəndində tapılan  qədim türk məzarlığından söhbət açır. Qazax-Borçalı mahalının tarixindəki alban dövründən danışır.

Azərbaycanın Cavanşirlə, Xəzərilərlə bağlı tarixinə aydınlıq gətirir.

Oljas Berkinbayevin Azərbaycanın alban tarixi haqqındakı  böyük həcmli məqaləsi, Qazaxıstan oxucuları arasında da böyük rəğbətlə qarşılanıb. O eyni zamanda Azərbaycana səfərinin təşkili üçün Azərbaycanın Qazaxıstandakı, Qazaxıstanın isə Azərbaycandakı səfirliklərinə öz minnətdarlığını bildirib.

http://turkistan.today/kz/1757-kavkazdaghy-albandar-tarikh-dgane-taghylym?fbclid=IwAR0Ex0sLptj1oar3p1NWmblWs7Cc4tdgxMXBxJGKt9W5W9CQOxScnPAbqwo

DOSYE.ORG

COMMENTS