“Qırmızı Körpü” restoranında BİABIRÇILIQ: antisanitariya müştəriləri narahat edir

Dosye.org saytın elektron ünvanına Bakı şəhərində  fəaliyyət göstərən restoranlarla bağlı xoşagəlməz məlumatlar durmadan daxil olur.

Belə ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində “Qırmızı Körpü” adlı restoran sakinlərin narazılığı ilə qarşılanır. Əslində narazılıqlar bununla bitmir. Məsələnin ciddiliyini nəzərə alıb digər məlumatları ixtiyarınıza veririk. Dosye.org-ın əldə etdiyi informasiya ondan ibarətdir ki, adı çəkilən restoranda antisonitariya  olduqca biabırçı durumdadır.

Restorana təşrif büyürən qonaqlar böyük narazılıqla oranı tərk edir. Səbəb isə ət məhsulların mənşəli məlum olmayan yerlərdən alınması və digər yeyinti məhsulların keyfiyyətsiz halda müştərilərə sıramağları bildirilir. Bütün hallarda “Qırmızı Körpü” restoranı aidiyyətli qurumlar tərəfindən yoxlanılmalıdır.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, restoranda 10-a yaxın şəxs çalışır. Amma əməkdaşların heç biri restoran sahibi ilə əmək müqaviləsi bağlamayıb. Hətda aldığımız son məlumatlara görə “Qırmızı Körpü” restoranında çalışanların əksəriyyəti Gürgüstan vətəndaşlarıdır. Məsələ ilə bağlı sözügedən restoranda olduq və məlum oldu ki, restoranın sahibi Samir adlı şəxsdir. Gəlişimizin məqsədini dərk edən Samir, dərhal restoranı tərk etdi. Əfsüslər olsun ki, suallarımız cavabsız qaldı.

Dosye.org olaraq məsələ ilə bağlı Vergilər Nazirliyinə və digər qurumlara müraciət etməyi düşünürük. Bu istiqamətdə araşdırmalarımız davam edir.

Məqalədə adı hallanan şəxsin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

COMMENTS