Qısqanc ər arvadının qulaqlarını kəsdi

Əfqanıstanın Bəlx əyalətində qısqanc ər 23 yaşlı həyat yoldaşının əl-ayağını bağlayıb və qulaqlarını kəsib.

Zarina adlı qadın hazırda xəstəxanadadır, onun vəziyyəti sabitdir.

“Mən heç bir günah iş tutmamışam. Bilmirəm ərim məni niyə bu hala salıb”, – qadın nəşrə açıqlamasında deyib.

Zarina 13 yaşında olarkən ailə həyatı qurduğunu və əri ilə münasibətlərinin heç də yaxşı olmadığını bildirib.

Qadın əlavə edib ki, daha əri ilə yaşamaq istəmir:

“O, hər şeydən şübhələnən adamdır. Valideynlərimi görməyə gedəndə məni başqa kişilərlə söhbət etməkdə günahlandırırdı”.

Polisdən bildiriblər ki, qadının əri hadisəni törətdikdən sonra evdən qaçıb. Faktla bağlı araşdırma aparılır.(Oxu.Az )

Dosye.az

COMMENTS