Qriqorçuk millimizi çalışdıra bilər

Qriqorçuk millimizi çalışdıra bilər

“Astana”dan ayrılan Roman Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Qol.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis AFFA ilə danışıqlar aparır.

Qeyd edək ki, 2018-ci ilin yayından “Astana”da işləyən Qriqorçuk bu ay klubdan ayrılıb. O, 2015 – 2018-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub və ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

DOSYE.ORG

COMMENTS