Qubada karantin rejimini pozan şəxs aşkarlanıb

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan dosye.org-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.

DOSYE.ORG

COMMENTS