Qusar İcra Hakimiyyətinin rəsmi saytı dayandırılıb?

İcra başısının müavini: “Söhbətin nədən getdiyini bilmirəm”

 

17 oktyabr 2014-cü il tarixdə Aktual.az-da bəzi yerli icra hakimiyətləri orqanlarının internet saytlarının fəaliyyətsizliyi haqqında yazı getmişdi.

Xəbərdə Prezident İlham Əliyevin 6 iyun 2012-ci il tarixli Fərmanına istinad olunaraq qeyd edilirdi:

“Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3-cü maddəsinin 3.1.21 bəndində deyilir:

“Yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, yerli icra hakimiyyətinin internet saytının yaradılmasını, malik olduğu və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın yeniləşdirilməsini təmin edir, ilin yekunları ilə bağlı yerli icra hakimiyyətinin fəaliyyətinə dair hesabatı dərc etdirir, öz fəaliyyətində ictimai rəyi nəzərə alır”.

Aktual.az-ın məsələ ilə bağlı araşdırma xarakterli yazısında Qusar İH-nin internet saytında sonuncu dəfə 2012-ci ildə son xəbər yerləşdirildiyinə diqqət yetirilmişdi.

Məsələ ilə bağlı Qusar İH-nin başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev Aktual.az-a bildirib ki, o, belə işlərlə məşğul olmur: “Söhbətin nədən getdiyini bilmirəm. Aydınlaşdıraram məsələni”.

COMMENTS