Qusarda 6 otaqlı evdə yanğın olub

Qusarda yanğın hadisəsi qeydə alınıb.

 

Dosye.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Bədişqala kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 kv.m digər otaq qismən, 2-ci mərtəbədə 1 otaq, aynabənd və dam örtüyünün yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

COMMENTS