Ramil Şeydayevin yeni klubu məlum oldu

Ramil Şeydayevin yeni klubu məlum oldu

Millimizin üzvü Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, “Qarabağ”dan ayrılan hücumçu Avstriya Bundesliqasında çıxış edən “Mattersburq”a keçəcək. Bu haqda klub prezidenti Martin Puxer Almaniya mətbuatına açıqlama verib.

O, mövsümün son turunda LASK-a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib ki, Çempionlar Liqası təcrübəsi olan Şeydayev yeni ildən “Mettersburq”da çıxış edəcək.

Avstriya mətbuatı 22 yaşlı forvardın “Zalsburq”a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb.

Qeyd edək ki, Şeydayev 2016-cı idlə “Zenit”dən “Trabzonspor”a keçib. Türkiyə təmsilçisində əsas heyətə düşə bilməyən futbolçu 2017-ci ilin yanvarında Slovakiyanın “Jilina” klubuna, ötən ilin sentyabrında isə “Qarabağ”a icarəyə verilib. Mövsümün sonunda isə müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıdıb.

Dosye.org

COMMENTS