Ramil son dəqiqədə penalti qazandırdı, “Kocaelispor” qalib gəldi

Ramil son dəqiqədə penalti qazandırdı, “Kocaelispor” qalib gəldi

Türkiyə 1-ci Liqasında 28-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” öz meydanında “Göztepe”ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev 69-cu dəqiqədə meydana daxil olub. O, 90+7-ci dəqiqədə komandasına penalti qazandırıb. Bu penaltini qola  çevirən “Kocaelispor” qələbə qazanıb.

Bu nəticədən sonra “Kocaelispor” 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

COMMENTS