Ramin Əhmədov haqda bilmədikləriniz…Deputatlığa iddialı olan YAP nümayindəsinin arzusu çin ola biləcəkmi?

Ramin Əhmədov haqda bilmədikləriniz…Deputatlığa iddialı olan YAP nümayindəsinin arzusu çin ola biləcəkmi?

Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov növbədənkənar parlament seçkilərinə qatılıb. Bildirək ki, məşhur YAP funksioneri 16 saylı Yasamal II Seçki Dairəsindən seçki marafonuna qoşulub.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan və partiyada yüksək vəzifə tutan Ramin Əhmədovun namizədliyi partiya tərəfindən deyil, öz təşəbbüsü ilə irəli sürülüb. Onu dabildirək ki, cəmi bir ay öncə Yeni Azərbaycan Partiyası tərəfindən Nizami rayon bələdiyyəsi üzvlüyünə Ramin Əhmədovun namizədliyi irəli sürülüb və o partiya siyahısı ilə bələdiyyə üzvü seçilib.

Hazırda isə onun deputatlığa namizəd olduğu 16 saylı Yasamal II Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərovun namizədliyini irəli sürüb.
Xatırladaq ki, YAP rəhbərliyi dəfələrlə üzvlərinə xəbərdarlıq edərək partiyanın siyahısından kənar namizədliklərini irəli sürməməyi tapşırıb. İndiyədək partiya siyahısından kənar namizədliklərini irəli sürən bir çox şəxslər YAP üzvlüyündən çıxarılıb. Məlumatlı mənbənin iddiasına görə, Ramin Əhmədov seçki prosesinin sonuna qədər namizədliyini geri götürməzsə, onu da eyni tale gözləyir.

Qeyd edək ki, Ramin Əhmədovun adı indiyədək mətbuatda bir sıra qalmaqallı hadisələrdə hallanıb. YAP-ın heç bir rayon təşkilat sədrinin müavini bu qədər maliyyə və biznes imkanları yoxdur. Onun bu şəraitinin genişlənməsi isə şəhərin Nizami rayon icra başçısı Arif Qasımovun əməyidir. A.Qasımov həmyerlisi olan R.Əhmədova bütün “Vosmoy”u peşkəş edib. Əslində, biznesin arxasında dayanaraq onu irəli verib. R.Əhmədov isə yaşıllıq bilmir, səki bilmir, hara gözü düşürsə, oranı şumlayıb tikinti aparır. Bir müddət əvvəl Qara Qarayev prospekti 2392 məhəllədə sakinlər abadlıq işləri aparıb 70 ağac əkmişdi. Lakin Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qəzəblənib və 70 ağacı məhv edib.

“Laçın” Ticarət Mərkəzi ilə “8-ci km” bazarı arasında yolun kənarında yerləşən ərazidəki yaşıllığın bir hissəsi də məhv edilib.

Qara Qarayev prospekti 59 ünvanında da 5 ədəd ağac kəsilib. Ağac kəsilmə əməliyyatına Nizami Rayon İcra Hakimiyyəti rəsmiləri göz yumublar. Sakinlər deyirlər ki, Arif Qasımovla Ramin Əhmədovun kəsdiyi ağaca (başa!) söz ola bilməz. Bir sözlə, Qasımov – Ramin Əhmədov tandeminin Nizmai rayonunda həyata keçirdiyi total özbaşınalıq davam edir.

DOSYE.ORG

COMMENTS