Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb?

Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının “SPEKTR MED” şirkəti ondan alınıb. Şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilsə də, daha sonra “Avromed” şirkətinə verilib.

Yerli KİV bildirir ki, R.Bayramlı pandemiya dövründə vəzifəsindən sui-istifadə edərək, dövlət satınalmalarını “Spektr Med” şirkəti vasitəsilə həyata keçirib.

Pandemiya dövründə Azərbaycanda dəyəri milyonlarla dollarla ölçülən avadanlıqların alınması faktiki olaraq, Ramin Bayramlıya məxsus olan “Spektr Med” vasitəsilə həyata keçirilib.

Həmin illərdə 650 bahalı tibbi cihaz və digər avadanlıqlar alınıb. Bu alqı-satqı əməliyyatları nəticəsində qısa müddət ərzində “Spektr Med”in büdcəsi 70 milyon manata yüksəlib.

Qeyd edək ki, R.Bayramlının TƏBİB rəhbərliyindən uzaqlaşdırılmasında bu məsələnin də ciddi rol oynadığı vurğulanır. O, 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub.

DOSYE.ORG

COMMENTS