Raqub Məmmədov Masazır qəsəbəsində Ağdamdan olan məcburi köçkünlərlə görüşü oldu

Raqub Məmmədov Masazır qəsəbəsində Ağdamdan olan məcburi köçkünlərlə görüşü oldu

agdam1.jpg

Dosye.org xəbər verir ki, 2016-ci il martın 31-də Bakı şəhəri Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan qəsəbədə və Bakı şəhərdə digər yerlərdə məskunlaşmış Ağdamdan olan məcburi köçkünlərlə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədovun növbəti səyyar görüşü keçirildi.

Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin yerli rəhbərləri, məcburi köçkünlərin qeydiyyatında olduqları İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və 200 nəfərə qədər məcburi köçkün iştirak edirdi.Qəbuldan öncə 31 mart Azərbaycanlıların soyqrimi qurbanlarının xatirəsi yad edilmiş bu barədə çıxışlar olmuşdur. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.

Məcburi köçkünlərdən Mustafayev Qəhrəman, şəhid anası Eyvazova Şəfiqə, Musayev Emin, Qarabağ əlili Mirzəyev Rövşən və başqaları çıxış edərək ölkəmizdə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Bildirdilər onları narahat edən əsas problemlər 20 ildən artıq öz ata-baba yurdlarından ayrı düşərək ev-eşiklərini itirmələri olduğunu bildirdilər. Qeyd etdilər ki, onların çoxunun mənzil şəraiti çox pis vəziyyətdədir və onlarında evlə təmin olunmalarını isdəyirlər.

Rayon İcra Hakimiyyətinin başçısı onlara bildirdi ki, Qaçqın və məcburi köçkünlərin evlə təmin olunması Dövlət Qaçqınkom tərəfindən həyata keçirilir və onlarda növbə ilə qısa zamanda evlə təmin olunacaqlar. Digər tələləblər isə işsizliklə bağlı oldu və onlara da bildirildi ki, imkan daxilində onların tələblərinin öz həllini tapması üçün müvafiq işlər aparılacaq.
Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədov sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.

Dosye.org

COMMENTS