Rauf Mirqədirovun şikayəti təmin olundu

Bu gün saat 14:30-da həbs edilən jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Bu barədə Hafta.az-a məlumat verən vəkil Elmar Süleymanov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası müdafiə tərəfinin müraciətini təmin edib: “Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda Nəsimi Rayon Məhkəməsi tərəfindən (hakim Babək Pənahov) yol verilmiş pozuntunun aradan qaldırılması məqsədilə işi Nəsimi Rayon Məhkəməsinə geriyə qaytarıldı”.

Qeyd edək ki, Rauf Mirqədirovun vəkili Elmar Süleymanov Hafta.az-a bildirib ki, Nəsimi Rayon Məhkəməsi onların yazılı qeydini nəzərə almadığına görə, işin Apelyasiya Məhkəməsindən geri qaytarılması üçün müraciət edilib.

COMMENTS