Rektor işçiləri sevindirdi: Hamıya pul mükafatı

Rektor işçiləri sevindirdi: Hamıya pul mükafatı

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Elxan Hüseynov bayramqabağı işçilərini sevindirib.

Dosye.org  bildirir ki, bu barədə Cebhe.info-ya universitetin mətbuat katibi Nazxanım Cəlilli məlumat verib. O bildirib ki, SDU-nun rektoru 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə kollektivə pul mükafatı verilməsi barədə əmr imzalayıb.

N.Cəlilli qeyd edib ki, əmrə əsasən, işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardım olunur.

Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədovanın imzaladığı əmrə əsasən, universitetin ştatda olan bütün işçilərinə maaşları həcmində pul mükafatı verilib.

Dosye.org

COMMENTS