Renat Dadaşov “Qalatasaray”a qarşı oynadı

Renat Dadaşov “Qalatasaray”a qarşı oynadı

Türkiyə Superliqasında 31-ci tura start verilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” səfərdə “Qalatasaray”la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qalatasaray” – “Hatayspor” – 1:0
Qol:
 İkardi, 12

Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 77-ci dəqiqədə meydana daxil olub.

“Hatayspor”   Superliqanın turnir cədvəlində 33 xalla (31 oyun) 15-cidir. “Qalatasaray” isə 84 xalla (31 oyun) 1-ci yerdədir.  “Fənərbaxça” 79 xalla (30 oyun) 2-ci, “Trabzonspor” 49 xalla (30 oyun) 3-cü pillədə qərarlaşıb.

COMMENTS