Renat yeni klubunda ilk oyununa çıxdı

Renat yeni klubunda ilk oyununa çıxdı

Millimizin üzvü Renat Dadaşov yeni klubu İsveçrə “Qrasshoppers”ində ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki, 21 yaşlı hücumçu Almaniya 3-cü liqa təmsilçisi “Türkgücü Münhen”lə yoxlama matçında iştirak edib. Görüş İsveçrə klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin futbolçusu 64-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, müqavilə ilə “Vulverhempton”a (İngiltərə) məxsus olan Renat növbəti mövsümü icarə əsasında  İsveçrə birinci divizion təmsilçisində keçirəcək.

DOSYE.ORG

COMMENTS