“Reynaldonun milliləşdirilməsi çətindir” – Elxan Məmmədov

“Reynaldo məsələsi hələlik açıq qalır. Onun milliləşdirilməsi ilə bağlı FİFA-ya müraciət etməmişik. Reynaldo Azərbaycanda cəmi iki ildir çıxış edir. FİFA-ya müraciət etməyimiz üçün səbəb olmalıdır”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov “Mançester Yunayted”in futbol məktəbinin açılması ilə bağlı keçirilən tədbirdə deyib.

AFFA rəsmisi Reynaldonun “Avro-2016″nın seçmə mərhələsində İtaliya və Xorvatiya ilə görüşlərində millimizin heyətində oynamasının mümkünsüz olduğunu bildirib:

“Bu çətin prosesdir. Reynaldo Braziliyada doğulub, ata-anası və ya baba-nənəsinin Azərbaycanla heç bir bağlılığı yoxdur. Reynaldo dos Santos Silva adında azərbaycanlı olar? Əgər biz ona Azərbaycan pasportu verib millidə oynatsaq, FİFA tərəfindən cəzalana bilərik. Onun İtaliya və Xorvatiya ilə oyunlarda yığmamızın heyətində çıxış etməsi mümkün deyil”.

COMMENTS