Robert Koçaryanın evinə qumbara atmış şəxs saxlanılıb

Yerevanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə qumbara atan şəxs saxlanılıb. Modern.az saytı  “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan bəyan edib. 

Onun sözlərinə görə, öz evində saxlanılan 1984-cü il təvəllüdlü şəxs günahını etiraf edib. Hazırda istintaqın davam etdiyi bildirilir.  

COMMENTS