Rövşən Lənkəranskiyə qarşı birləşən “oğru”lar

Avqustda Türkiyənin İstabul şəhərində azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin də daxil olduğu qruplaşmaya qarşı birlədiklərini ean edən bəzi slavyan və gürcü “qanuni oğru”ların “sxodka”sından çəkilən foto yayılıb.

 

İnterpress.az xəbər verir ki, İstanbulun məşhur otellərindən birində keçirildiyi bildirilən “sxodka”da Ded Xasanın ölümündən sonra yolları ayrılan qruplaşmalar birləşərək fikirayrılığını ümumi məqsədlər üçün kənara qoyduqlarını bəyan ediblər.

Bu birləşmənin Ded Xasana qarşı çıxan və onun ölümündə günahlandırılanlardan biri- Rövşən Lənkəranskiyə qarşı yönəldiyi vurğulanır.

 

Yayılan fotoda Zaur Suxumski kimi tanınan Zaur Qvadzabiya, Voba Puxliy ləqəbi ilə tanınan Vladimir Jurakovski, Masi Senaksiski kimi tanınan Maxare Qvaramiya görüntülənib.

COMMENTS