Ruhi Əliyeva həyatının ən gizli məqamlarını açıqladı

“Özünə bax” layihəsinin siması Ruhi Əliyeva “Zərif qəhrəman” verilişinin qonağı olub.

 

Axşam.az-ın məlumatına görə, R.Əliyeva qadınlara uğurun sirrini açıqlayıb:

“Qadınlar var ki, cəsarətlidirlər, amma güc toplayıb o cürəti büruzə verə bilmirlər. Qadının istəyinə çatması üçün həm ağlı, həm bacarığı, həm də cəsarəti olmalıdır. Bunlardan biri yoxdursa, heç nə mümükün olmur. Ona böyük hünər lazımdır. Bu olanda hər bir cəhd uğurlu alınır. Mən daxilimdə cəsarəti hiss edirəm, onunla da irəli gedirəm. Çox çətinliklərim olub. Həyatım asan keçməyib. Hərdən anama sual verirəm ki, niyə heç vaxt asan yaşamadım? Kənardan hər şey gözəl, rahat görünür. Hər zaman mübarizə aparmışam. Şükür ki, qəlbimdə mübarizlik hissi var. Yoxsa, indi hansısa bataqlıqdaydım. Gücüm olmasa, mən indi mən olmazdım. Bütün addımlarımı çətinliklə atmışam”.

R.Əliyeva bir vaxtlar məşğul olduğu müğənnilik fəaliyyətinin keçici həvəs olduğunu deyib:

“Ürəyim, qəlbim, könlüm istəyirdi. Nələrəsə o baxımdan nail olmağa çalışdım. Çünki içimdə kiçik arzu idi. Həmin vaxt rəbbim mənə gözəl yol nəsib etdi. 2007-ci ildə Həcc ziyarətinə getdim. Ona qədər namaz qılmırdım, Qurandan xəbərim yox idi. Bunu dərindən dərk etmək lazım idi. O yola tək getdim. Qəlbən tək olmursan, amma doğmalarım yanımda deyildi. Bir xanım var idi, niyyət etmişdi ki, övladı olsun, onu Həccə aparacaq. Həmin an içimdə övlad sahibi olmaq istəyi yarandı. O qadın mənə Quranı öyrətdi. İnanmazdım ki, bu cür xoşbəxt olaram.
Ana olmaq çox gözəl duyğu, məsuliyyətli hissdir. İndi həyata əvvəlki kimi baxmıram. Nəsə edəndə düşünürəm ki, Məhəmmədlə Həsənə ziyan gələ bilər, etməyim. Gözəl yaşımda ana oldum”.
Ruhi Əliyeva ağır əməliyyat olunduğunu etiraf edib:

“Məni ayılda bilmirdilər. Onda kəlimeyi-şəhadətimi söyləmişdim. Hətta qulağıma səslər gəlirdi: “Ruhi gedir”. Həkim deyirdi ki, həmin vaxt qorxudan şəkər xəstəsi olub. Bu günümə inanmırdım”.

COMMENTS