Rumıniyada dərslər sentyabrda başlayacaq

Rumıniyada dərslər sentyabrda başlayacaq

Rumıniyada bağçalar, məktəblər və universitetlər sentyabrda açılacaq. 

Bu barədə Rumıniya hökuməti qərar verib. Qərara əsasən şagirdlər və tələbələr iyunun 12-nə kimi məsafəli təhsil vasitəsilə dərslərini keçəcəklər.

Eyni zamanda, bildirilir ki, məktəbi bitirəcək şagirdlərə imtahanlara hazırlaşmaq üçün şərait yaradılacaq. İmtahanlara isə tələbələr tək-tək daxil olacaq, çıxdıqda onların hərarəti ölçüləcək, imtahan otağı dezinfeksiya ediləcək.

DOSYE.ORG

COMMENTS