Rusiya Dövlət Dumasının sabiq sədri vəfat edib

Rusiya Dövlət Dumasının keçmiş sədri Gennadi Seleznyov vəfat edib.
 
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, ömrünün son aylarını ürək xəstəliyi ilə mübarizə aparmaqla keçirən G. Seleznyov iyulun 19-da 68 yaşında Moskvada dünyasını dəyişib.
 
G. Seleznyov 2-ci və 3-cü çağırış Rusiya Dövlət Dumasının sədri olub. O, “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli medalı, “Xalqlar dostluğu” ordeni ilə təltif edilib. Bir neçə kitabın müəllifidir.

COMMENTS