Rusiyada erməni seksual manyak tutulub

Rusiyada erməni seksual manyak tutulub

Rusiyanın Rostov şəhərində zorlama və silsilə qətllər törətməkdə ittiham olunan keçmiş erməni hərbçi David Sarabaşyan mühakimə olunacaq. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Təhqiqat Komitəsinin regional şöbəsi məlumat yayıb.

Bildirilir ki, David Sarabaşyan 2018-ci ilin oktyabrında Rostov şəhərində 25 yaşlı qadına təcavüz edərək qətlə yetirməkdə şübhəli bilinərək tutulub. Müstəntiqlərin dediyinə görə, Sarabaşyan ona “Suvorovski” yaşayış kompleksinin ərazisində hücum edib, boynuna gödəkçəsini ataraq təcavüz edib, sonra isə boğaraq öldürüb. Qurbanının şəxsi əşyalarını oğurlayaraq hadisə yerindən qaçıb.

Erməni hərbçinin cinayət işinin istintaqı zamanı müstəntiqlər onun bir sıra oxşar cinayətlərdə iştirakını müəyyənləşdirə biliblər. Müstəntiqlərin dediyinə görə, seksual manyak cinayət fəaliyyətinə 2000-ci ildə, Rostov şəhərində yerləşən hərbi hissədə xidmət edən zaman başlayıb. Məlum olub ki, həmin ilin aprel və oktyabr aylarında xidməti yerini tərk edərək qadınlara hücum edib. 27 və 32 yaşlarında olan Rostov qadınları hərbçinin qurbanı olublar, onları yerlərə sürüyərək xəlvət yerə çəkib, təcavüz edib və kəmərlə boğub.

2001-ci ilin noyabr ayında Myasnikovski rayonundakı Leninavan ərazisində 16 yaşlı bir qıza, 2003-cü ilin iyul ayında Rostov-Donondakı Malinovski küçəsində 41 yaşlı bir qadına təcavüz edib və öldürüb.

Sarabaşyan 2015-ci ilin mart ayında Rostovda Petrenko küçəsində başqa bir cinayət törədib – 29 yaşlı qadına hücum edib, lakin qadın müqavimət göstərərək təcavüzdən qaçmağı bacarıb.

Təhqiqat müddətində Sarabaşyan ekspertiza olunub və onda sadizm şəklində özünü göstərən seksual pozğunluğun olduğu aşkar edilib.  Erməni hərbçi təcavüz, təcavüzə cəhd və beş qətl epizodunda ittiham olunur və ömürlük həbs cəzası ilə üz-üzədir.

DOSYE.ORG

COMMENTS