Rusiyada iş adamlarına xəbərdarlıq edildi: Qiymətləri qaldırmayın

Rusiya hökuməti  yanvarın 1-dən  etibarən qüvvəyə minəcək  Türkiyənin  ərzaq məhsullarına qarşı embarqo səbəbilə rus iş dünyasının  nümayəndələrinə xəbərdarlıq məktubu göndərib.
 
Avropa.info xəbər verir ki,  Rusiya Federal Rəqabət Qurumu  (FAS)  tərəfindən göndərilən məktubda iş adamlarına  xəbərdarlıq edilib ki, qiymətləri qaldırmasınlar.
 
Bundan başqa türk iş adamları ilə qeyri-qanuni əməliyyatların təqib ediləcəyi  haqda da xəbərdarlıq edilib. 
 
Məktubun xüsusilə Türkiyədən ərzaq məhsulları gətirən iri holdinqlərə göndərildiyi bildirilir.
 
Rusiyanın müxalif qəzetlərinin yazdığına görə, iş adamları bu qərardan narazıdırlar.

COMMENTS