Rusiyada prezident seçkiləri: İlk dəfə 3 gün davam edəcək

Rusiyada prezident seçkiləri: İlk dəfə 3 gün davam edəcək

Rusiyada üç günlük prezident seçkiləri başlayıb. Hazırkı prezident Vladimir Putinin mütləq qələbə qazanacağı seçkilərlə bağlı müzakirələr davam edir. iştirak edir. Rusiyada üç gün ərzində, bazar gününə qədər davam edəcək prezident seçkiləri prosesinə start verilib.

DOSYE.ORG-ın xarici mediaya istinadən məlumatına görə, 112 milyondan çox seçicinin iştirak edəcəyi səsvermədə hazırkı prezident Vladimir Putinlə yanaşı daha üç namizəd də mübarizə aparacaq.

Bu rəqəmə Rusiyanın referendum yolu ilə ərazisinə birləşdirdiyini iddia etdiyi Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya da daxildir.

Həm qutuda, həm də elektron qaydada keçiriləcək seçkilər 80-dən çox federal dairədə davam edir.

2020-ci ildə edilən konstitusiya dəyişikliyi ilə Putinin 2036-cı ilə qədər vəzifəsində qalması mümkündür. Əgər uğur qazansa, o, Rusiyanın ən uzun ömür sürən lideri olacaq.

Bununla belə, müharibə şəraitində olan bir ölkə üçün seçkilərdə iştirak nisbəti və Putinin alacağı səslər də hökumətin ictimaiyyət qarşısında legitimliyi üçün kritikdir.

Qeyd edək ki, 2018-ci il seçkilərində Putin 76,7 faiz səs toplayıb.

COMMENTS