Rusiyadan ABŞ-a nüvə hədəsi

Rusiya ABŞ-da keçiriləcək nüvə sammitini baykot edəcək.

ANS PRESS-in məlumatına görə, hər 2 ildən bir keçirilən sammitin hazırlıq iclasında Rusiya iştirak etməyib.

Rusiyanın nümayəndə heyətindən bildirilib ki, 2016-cı ildə keçiriləcək Nüvə Təhlükəsizliyi sammitlərində iştirak etməyəcək.

Qeyd edək ki, 2010, 2012 və 2014-cü illərdə keçirilən sammitlərdə Rusiya iştirak edib. 

ABŞ prezidenti Barak Obamanın təşəbüsü ilə keçirilən sammitlərdə iştirak etməməklə Rusiya Qərbin sanskiyalarına cavab vermiş oldu.

COMMENTS