Rusiyanın qırıcı təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Krasnodar vilayətində təlim uçuşları həyata keçirən “MİQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.

 

Dosye.az  xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yerə eniş etmək istəyən təyyarənin sağ təkərində problem yaranıb.

Pilotlar dəfələrlə eniş zolağına yaxınlaşıb təyyarəni endirmək istəsələr də, sağ təkər açılmayıb. Qırıcının yanacağını qurtardığını görən təyyarə heyətinə Rusiya Müdafiə Nazirliyi təlimat verərək, təyyarəni əhali üçün təhlükəsiz bir əraziyə aparıb onu orada yerə çırpmağı, pilotlara isə “katapult” etmək əmrini verib.

Hər iki pilot verilən tapşırığı yerinə yetirərək “katapult” edib və qəzadan sağ qurtarıblar.

COMMENTS