Ruslar ermənilərə hücüma hazırlaşır

Rusiyanın Stavropol diyarının Minvod mərkəzi xəstəxanasında kütləvi dava zamanı ermənilərin rus gənci öldürməsi yerli əhalini özündən çıxarıb.

 

ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə yayılan informasiyalarda rusların bundan əvəz çıxmağa hazırlaşdığı bildirilir.

Bu məqsədlə ruslar oktyabrın 5 də yığışaraq ermənilərə hücüm etməyə hazırlaşır. Sosial şəbəkədə davada iştirak edən ermənilərin şəkilləri yayılıb.

Sentyabrın 26-da Stavropolda yerləşən Minvod mərkəzi xəstəxanasında kütləvi dava zamanı döyülən Anatoliya L. həyatını itirib. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, sentyabrın 26-da 40-a yaxın erməni Stavropolda yerləşən Minvod mərkəzi xəstəxanasında kütləvi dava törədiblər.

Hüquq mühafizə orqanlarının apardığı araşdırmalardan məlum olub ki, bu hadisə sentyabrın 20-dən 21-ə keçən gecə baş vermiş davanın davamı olub. Kafedə başlamış davaya xəstəxanada son qoyulub.

Hadisə iştirakçılarından iki nəfər saxlanılsa da digərləri azadlıqdadır.

COMMENTS