Rüşvətxor məmura 19 il həbs cəzası verildi

O, dövlət büdcəsindən 2 min 800 manat mənimsəyib, 390 min manat rüşvət alıb
Çinli məmur rüşvətxorluğa görə 19 il həbs cəzası alıb.

ANS PRESS-in məlumatına görə, Çinin Şanxay şəhərinin sağlamlıq məsələləri üzrə keçmiş rəhbəri Xuan Fenpin rüşvət almaqda təqsirli bilinib. O, vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsindən 70 min yuan (təxminən 8 min 800 manat) mənimsəyib. Bundan başqa o, insanlardan 3,1 milyon yuan (təxminən 390 min manat) məbləğində rüşvət də alıb.

Xuan Fenpinlə bağlı araşdırma 2013-cü ildən başladılmışdı. 2014-cü ilin əvvəlində isə o, “ciddi qanun pozuntusu və partiya intizamı”nı pozduğuna görə vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd edək ki, Çində Si Tsinpinin başçılığı ilə “beşinci nəsil” hakimiyyətə gələndən sonra ölkədə rüşvətxorluğa qarşı kampaniya başladılmışdı. İlkin olaraq əsas məqsəd rəsmi şəxslər arasında rüşvətxorluğun tamamilə aradan qaldırılması və əhali arasında partiyanın nüfuzunun qaldırılması olub.

COMMENTS