“Səba” quşçuluq fabrikində yanğın

Abşeronda fabrikdə yanğın baş verib.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “Səba” quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 2900 kv.m olan sexin yanar konstruksiyaları 2100 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

COMMENTS