“Sədərək” yarmarkası yanır

“Sədərək” yarmarkası yanır

Ticarətçilərdən birinin hadisə yerindən virtualaz.org-a bildirdiyinə görə “Sədərək” Ticarət Mərkəzində bu gün səhər saatlarında başlayan güclü yanğın hazırda lokallaşdırılıb. Yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını ala biliblər. Məlumata görə yanğın bazarın ayaqqabı, pal-paltar və digər məişət mallarının satıldığı 7-ci və 8-ci sıralarını əhatə edib. Bu sıralarda çoxlu sayda mağazanın yandığı bildirilir, hadisə yerinə əlavə yanğınsöndürən briqadaları cəlb edilməkdədir.

***

Bu gün səhər saatlarında Lökbatan yaxınlığında yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.

Virtualaz.org xəbər verir ki, yarmarkanın ayaqqabı satışı hissəsində başlayan yanğın qısa müddətdə böyüyüb və geniş ərazini əhatə etməyə başlayıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.

Xəbər yenilənəcək…

COMMENTS