Şəhidimiz Anar Kazımov 4 ayın əsgəri olub

Şəhidimiz Anar Kazımov 4 ayın əsgəri olub

Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq.

Bu barədə Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.

xxx

Bu gün şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır. 

Musavat.com-un Oxu.Az-a istinadla məlumatına görə, A.Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndidə doğulub.

O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki, məlum deyil.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

COMMENTS