Şəkidə festival start götürdü

Şəkidə festival start götürdü

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Şəkidə I Beynəlxalq teatr festivalı statr götürüb.

 

Dosye.org Kanal S-ə istinadən xəbər verir ki, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, teatrsevərlərin, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri açılış mərasimində son illər teatrların maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən film nümayiş etdirilib. Daha sonra Azərbaycan teatrının keçdiyi tarixi yola qısa nəzər salınıb, son illər teatrlarımızın qazandıqları uğurlardan danışılıb.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın rəmzi açılışını bildirən lenti kəsib. Rəsmi açılış mərasimindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara festivalın ilk tamaşasını – İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsəri əsasında hazırlanan tamaşanı təqdim ediblər.

Görkəmli dramaturqun 100 illiyinə həsr olunan tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbovdur. Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub.

COMMENTS