Şəkidə koronavirusa kütləvi yoluxma aşkarlanan bazar açılıb


Şəkidə koronavirusa kütləvi yoluxma aşkarlanan bazar açılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən müvəqqəti  bağlanan “Şəki Bazar” ASC bu gün səhər saatlarından fəaliyyətə başlayıb.
Qeyd edək ki,  “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar sentyabr ayının birinci yarısı ərzində aparılan testlər nəticəsində 12 nəfərin virusa yoluxduğu aşkar edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə “Şəki Bazar” ASC-nin üç gün müddətində fəaliyyətini dayandırmışdı.
DOSYE.ORG

COMMENTS