“Səxavətin məzarını gördüm, çox dəhşətli hisslər keçirdim…” -Mərhum xanəndənin qardaşı

“Səxavətin məzarını gördüm, çox dəhşətli hisslər keçirdim…” -Mərhum xanəndənin qardaşı

Xəbər verdiyimiz kimi hərbçilərimiz Ağdamın Abdal-Gülablı kəndində xanəndə Səxavət Məmmədovun məzarını taparaq mobil telefona çəkiblər.

Məsələylə bağlı S.Məmmədovun qardaşı, Əməkdar artist Firuz Səxavətlə əlaqə saxlayıb.
F.Səxavət əməkdaşımızla söhbəti zamanı görüntülərdən çox təsirləndiyini bildirib:
“Hərbçilərimizin Səxavət müəllimin məzarını çəkdikləri videoya mən də baxdım. Çox dəhşətli hisslər keçirdim. Aradan görün neçə il ötüb və biz onun məzarını ziyarət edə bilməmişik. Mən Ağdama səfər etdim, amma hələ ki, kəndimizə gedə bilməmişəm. İnşallah o yerlərimizə qayıdandan sonra mütləq Səxavət müəllimin və digər yaxınlarımızın məzarını bərpa edəcəyik. Mən bu videonu çəkən hərbçilərimizə də təşəkkür edirəm. Çox sağ olsunlar ki, Səxavət müəllimi unutmayıblar”.
Qeyd edək ki, S.Məmmədov 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına düşərək həlak olub. O, doğulduğu Ağdam rayon Abdül-Gülablı kəndində dəfn edilib. Lakin Ağdam işğal olunduğu üçün ona məzar daşı qoymaq mümkün olmayıb.
DOSYE.ORG

COMMENTS