Saakaşvili bütün ittihamları rədd etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili özünün rəsmi facebook səhifəsində ona qarşı qaldırılmış cinayət işinə münasibət bildirib.

 

Musavat.com-un məlumatına görə, eks-prezident heç bir cinayət törətmədiyini bildirib.

Saakaşvili yazıb: “Mənim “oğurladığım” milyardları heç kimin tapa bilməməsindən sonra – çünki mən bir tetri belə mənimsəməmişəm, əksinə, Gürcüstanın büdcəsinin 11 dəfə böyütmüşəm – bircə konkret cinayəti belə sübut edə bilmədilər, ona görə ki, mən hər hansı cinayət törətməmişəm, əksinə, ölkədə cinayətkarlığın səviyyəsini demək olar, sıfra endirmişəm. Yekunda mənə qarşı siyasi ittiham irəli sürülüb”.

 

Xatırladaq ki, Respublika Prokurorluğu iyulun 28-də Saakaşviliyə qarşı 2007-ci ildə etiraz nümayişinin və “İmedi” telekampaniyası ofisinin dağıdılması işi ilə bağlı (xidməti səlahiyyətləri aşma, zərərçəkənin ləyaqətinin aşağılanması) ittiham irəli sürüb.

COMMENTS