Saakaşvili: “Güclü iqtisadi böhran gəlir” – SUNAMİ KİMİ

Saakaşvili: “Güclü iqtisadi böhran gəlir” – SUNAMİ KİMİ

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukraynanın Rusiyadan fərqli olaraq mümkün iqtisadi böhrana hazır olmadığını vurğulayıb.

KONKRET.az xəbər verir ki, o, Odessanın “Yeddinci kanal” a verdiyi müsahibəsində belə bir açıqlama ilə çıxış edib.

Saakaşvili “çox güclü” iqtisadi böhranın yaxınlaşdığı barədə fikirlərini bölüşübi.

“Bu sadəcə bir sunamidir”, – deyə siyasətçi bildirib.

Gürcüstanın keçmiş prezidentinin xatırlatdığı kimi, Rusiyanın maliyyə “yastığı” var – 600 milyard dollar. Bunun sayəsində ölkə aşağı neft qiymətləri ilə sakitcə yaşaya bilər, Ukrayna isə “tam qarışıqlıq zonasına” düşəcək.

“Dövlətin heç bir resursu yoxdur, çünki Ukraynada heç dövlət yoxdur. Ukraynada heç bir dövlət təsisatı işləmir”, – deyə Saakaşvili bunun səbəbini belə izah edib.

DOSYE.ORG

COMMENTS