Saakaşvili Ukraynanın baş naziri olmaq istəmir

Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hesab eləmir ki, Ukraynanın baş naziri vəzifəsini yerinə yetirə bilər.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, Saakaşvili imtinanın səbəbini onunla izah edib ki, bütün tələb olunan keyfiyyətlərə malik olmasına, ələlxüsus da maliyyə sistemindən başı çıxmasına və dürüst insan olmasına, həmçinin oliqarxik maraqlardan bütünlüklə azad olmasına baxmayaraq, hər halda Ukraynada bu problemlərdən daha yaxşı başı çıxan insanlar var.

Keçmiş prezident onu da əlavə edib ki, ölkədə hakimiyyət bütünlüklə iflic olub və “hökumət bütün səviyyələrdə təzələnməlidir”.

Qeyd edək ki, Ukraynada Saakaşvilin baş nazir olması üçün petisiya (imzatoplama) başlayıb.

COMMENTS