Saatlı sakini polis tərəfindən saxlanılıb

Saatlı sakini üzərində heroin və tiryək gəzdirərkən polis tərəfindən saxlanılıb.

Saatlı Rayon Polis Şöbəsindən verilən məlumata görə, narkotiklərlə mübarizə tədbirləri çərçivəsində rayonun Qaranuru kənd sakini Elçin Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə ümumi çəkisi 0,021 qram heroin, həmçinin xalis çəkisi 22,4 qram olan kibrit qutusunda qablaşdırılmış tiryək aşkar edilib.

Eyni zamanda saxlanılan şəxsin etirafından sonra onun evinə baxış keçirilib. Evə baxış zamanı oradan 37,9 qram tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik aludəçisi olduğunu bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(APA)

COMMENTS