Saatlıda təhsil rəzaləti: Məzrəli məktəbinin direktoru müəllimləri rənginə görə…

Saatlı rayon Məzrəli kənd orta məktəbinin direktoru ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Bu haqda cumhuriyyet.az-ın elektron poçtuna göndərilən məktubda bildirilir ki, 2015- ilin aprel ayın 5-dən Məzrəli kənd tam orta məktəbində Azərbycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadan qeyri-rəsmi şəkildə direktor kimi fəliyyətə başlayan Əliyev Əli təsaduf nəticəsində Məzrəli məktəbində direktorluq etməkdədir. Əslində bu şəxs Rusiyada yaşadığı illərdə qarpız alveri ilə məşgul olmuş, Saatlıya döndükdən sonra bu biznesdən qazandigi pullar hesabına Məzrəli məktəbinə qeri-rəsmi direktor gəlmisdir.

Məktub müəllifləri bildirir ki, Əliyev Əli 2015-ci ilin iyul ayinda Azərbaycan Respublikasi Təhsil Nazirliyinin keçirdiyi orta məktəb direktorlarının işəqəbulu üzrə müsabiqə və müsahibə imtahanindan keçməyərək namizədliyini doğrultmadiğı halda Məzrəli kənd tam orta məktəbində direktorluğunu davam etdirir. Saatlı rayon Məzrəli kənd orta məktəbində baş verənlər haqda cumhuriyyet.az-a göndərilən məktubda daha sonra deyilir: “Məzrəli kənd tam orta mətəbində qanunsuz direktorluq eden Əliyev Əli məktəbimizdə pedaqoji heyyetin üzvülərini və sagirdlərini irili-xirdali qarpız hesab ederek öz “Al-ver” sövdələşməsinə davam edir. Beləki məktəb müəllimrei arasinda öz maraqlarıa uyğun olan şəxslərdən ibarət “Ümumi fənlər blokuna daxil olan müellim və müellimlər bloku” yaradıb. Bu bloka məhz Əliyev Əlinin xüsusi “Reğbetində” olan müəllimlər daxildir və onlardan istənilən biri ixtisasının ne olmasından aslı olmayaraq istənilən fənləri tədris edə bilər. Və bu qaçılmaz haldır ki, həmin dərslərdən alnınan eməkhaqlarinin müəyyən qismi Əliyev Elinin şəxsi kassası olan ciblərinə gedir. Misal üçün İmişıi rayonundan gelmiş riyaziyyat müellimi Aysel Cəfərzadənin adina 6-cı və 7-ci siniflerde verdiyi 2 saat informatika derslərini gostrmek olar. Əli Əliyrv Aysel müellim illə hələ əvvəlcədən süvdələşmə “Müqaviləsi” imzalayib ki, həmin 2 saat informatika dərslərini kecmesin. proqramını da yazmasin (müellimi artiq “İncitmemek naminə”), çünki bu pullar Əli müəllimin şəxsi “kassaına” gedecek.

Məktubda həmçinin bu ilin əvvəlində iki müəllimlə bağlı direktor tərəfindən həyata keçirilən maxinasiyadan bəhs olunur. Belə ki, cumhuriyyet.az-a üz tutan şikayətçilər bildirir ki, 2015-ci ilin may ayınin 04-dən 27-nə kimi Məzrəli məktəbindən tədris işləri üzrə direktor müavini Rasim Səmədov Azərbaycan dili və ədəbiyyat fənni üzrə mən Sara Həsənovayla birlikdə Azerbaycan Müəllimlər İnstitutuna Saatli rayon Təhsil Şöbəsi tərəfindən 24 günlük ixtisasartirma kursuna göndərilib: “Bu iki müəllim kursda olduğu zaman onların dərsləri əvəzedici müəllimlər tərəfindən kecilməli, bunun müqabilində isə onlar əlavə əməkhaqqi almalı idilər. Amma bu iki müəllim kursda olarkən dərs cədvəllərində dəyişiklik edilməyərək S.Həsənovanın dərsləri –Azərbaycan dili və ədəbiyyat dərsləri ixtisas müəlliminə tapşırılmaq əvəzinə, məktbdə əmək müəllimi işləyən Mirzəyeva Nəzakətin adina yazılıb, lakin dərslər əsasən keçilməmişdir. Eyni zamanda, Rasim Semədovun da riyaziyyat dersləri başqa müəllimin adına yazilaraq əvəzedici müellimlər tərəfindən kecilməyərək şagirdlər məktəbin həyətində oynamaqla dərs saatlarini keçirmişlər, bu dərslər rəsmi sənədlərdə dərs əvəzləyicisi müllimin adına yazilsa da həmin əlavə əməkhaqqı Əliyev Əli tərəfindən qanunsuz olaraq mənimsənilmişdir.

Həmin ayda məktəbimizin qarovulçusu Teymurov Eldar infarkt kecirerek xəstəliyi uzrə tibbi məzuniyyet götürmüş, ibtidai sinif müellimi işləyən arvadi Teymurov Tahibə də yoldaşına qulluq etmək üçun ödənişli məzuniyyət göturmüuşdü. Eliyev Eli Rahibə Teymurovanin 2-ci sinifdə olan dərslərini şagirdlərin yalniz sinif otağına salınib çıxarılması işi Teymurov Eldarla Teymurova Rahibənin oğlu, guya, məktəbdə idman muəllimi işləyən Teymurov Pərvizə tapşırmış, Teymurov Pərvizin işi isə sinif otaginin ağzına kolxoz qeheli kimi kilid vurub açmaqdan ibaret olmuşdur. Resmi sənədlərdə isə dərslər Məzrəli məktəbində diplomsuz, orta məktəb atesstati ilə ibtidai sinif müellimi işləyən şəxsin adına yazılaraq öz ənənəsinə sadiq qalan Əliyev Əli terefindən müəllim və qarovulçunun bülletende olmasınan eldə edilmiş evəzedicilik emekhaqlarini mənimsəməklə qanunçuluğa zidd addim ataraq dövlətimizə və Azərbaycan Təhsilinə ziyan vurmuşdur.

Əliyev Əlinin daha bir biznesi 2015-ci ilin yeni tədris ilinin başlanğıcında direktor müavinləri vəzifəsinin məktəbimizdə “hərraca” qoyulması oldu. Əlieyev Əli gizlin “Herrac” təşkil etdi, kim çox pul versə müavinliklər də onlara veriləcək. 185 nəfər şagird kontigenti olan məktəbdə 4 Azərbaycan dili və ədəbiyyat müəllimi olduğundan ders saatları normaya uyğunlaşsın deyə Saatlı RTŞ-nin müdir əvəzedicisi işləyən Zabit Rüstəmov Sara Həsənovanı də qəbuluna çağıraraq Əli müəllimə bildirir ki, Sara müəlliməni təlim-tərbiyə işləri üzrə müavin təyin et, Azərbaycan dili ədəbiyyat müllimlərinin dərs saatları normaya uygunlaşsın. Əliyev Əlinin Zabit müəllimə cavabı belə oldu: “Zabit müəllim, onun rengi qaradir, onu mən zavuç işlədə bilmərəm, yenə göyçək olsaydi zavuç götürərdim…” Bir neçə gün sonra direktor müavinlərinin ”

Məktub müəllifləri sonda bildirir: “Hörmətli Təhsil Nazirindən və aidiyyati qurumlardan xahiş edirik ki, Məzrəli kənd tam orta məktəbinə Azərbaycan Respublikası Təhsil Nazirliyi terefinden təsdiq olunmadan direktor işləyən Eliyev Eli baresinde qanuni tedbir görsün və onun tərəfindən ardı-arası kəsilməyən qanunsuzluqlara son qoyulsun”.

COMMENTS