Sabiq deputat çıxış yolunu nədə görür?

Sabiq deputat çıxış yolunu nədə görür?

sum123.jpg

İsgəndərovların biznes imperiyası təhlükə qarşısındadır

“Xeberinfo.com”: Ölkə ictimaiyyətinə daha çox “univermaq Zaman” kimi tanınan Zaman İsgəndərovun biznesi tıhlükə ilə üzüzədir. Bu haqda redaksiyamıza yuxarı dairələrdən məlumat daxil olub. Məlumata görə buvaxta qədər bənzər situasiyalardan ustalıqla çıxmağı bacaran Zaman İsgəndərovun budəfəki təhlükədən asanlıqla qurtula biləcəyi inandırıcı görünmür…

Kimdir “univermaq Zaman”?

İlk öncə “univermaq Zaman” kimi tanınan Zaman İsgəndərovun biznesi haqqında qısa arayış: Zaman İsgəndərov SSRİ dövründən Sumqayıtda sayılıb-seçilən şəxslərdən olub. O zaman Sumqayıtda ən böyük ticarət obyekti olan Univermağa rəhbərlik etməyin nə olduğunu bilənlər bilir. Necə deyərlər “adamın əli əvvəldən pulla oynayıb”.
Müstəqillik dövrü isə İsgəndərovlar üçün xüsusi ilə düşərli oldu. Zaman Zaman müəllimin xeyrinə işlədi. O ilk növbədə adına qoşulan yarlığı-univermağı-özəlləşdirməyə nail olur. (Bu proseslə bağlı ziddiyyətli məlumatlar əldə etmişik). Daha sonra… Zaman İsgəndərovun fəaliyyəti univermaq çərçivəsindən çıxır. O çox keçmir ki, böyük sayıla biləcək biznes imperiyasının sahibinə çevrilir. Sumqayıtda univermaq və univermaq ətrafındakı müxtəlif adlı ticarət mərkəzləri, Xızı rayonunda heyvandarlıq təsərrüfatı, məşhur “Nabran Holiday Village” istirahət mərkəzi və s. Göründüyü kimi cənab İsgəndərovun biznesi ticarət, kənd təsərrüfatı və turizm kimi müxtəlif sahələri əhatə edir. Hələ bu harasıdır məlumata görə təcrübəli ticarətçi kimi o qonşu Türkiyə, Gürcüstan və hətta Avropada da biznes strukturlarına malikdir. Bundan əlavə İsgəndərovların Sumqayıtda hündürmərtəbəli bina tikintisində də iştirakçı olduqları deyilir. Olsun, əvvəla biz kiminsə pulunu saymaq niyyətində deyilik, ikincisi də ölkədə iş adamlarının çoxluğu dövlət büdcəsinə vergi ödənilməsi prizmasından sonda hər bir vətəndaş üçün əhəmiyyətlidir. Amma…
Kifayət qədər məlumatlı şəxs kimi tanıdığımız mənbənin “xeberinfo.com”a verdiyi məlumata görə təcrübəli, “hər şeyin yol-yolağını bilən” iş adamı biznesinin idarə olunmasında daha çox “qara mühasibatlığ”a üstünlük verir. Bu istiqamətdə əldə etdiyimiz məlumatların ciddi araşdırmaya ehtiyacı var. Müəyyən yanlışlıqlar olar deyə, hələlik geniş yaza bilmirik.

Oğul ataya problemlər yaradır?

İsgəndərovlarla bağlı redaksiyamıza daxil olan məlumatlar sırasında Zaman İsgəndərovun oğlu, “Sumqayıt Ticarət Mərkəzi” ASC-nin sədr müavini , sabiq deputat Nizami İsgəndərovla da bağlı detallar yer alır. Xatırladaq ki, Nizami isgəndərov 2005-ci ildə hakim YAP-nın siyahısı ilə deputat ola bilib. 2010-cu ildə isə müəyyən səbəblərdən seçkidən kənarlaşdırılır və Oqtay Əsədov onu özünə kəməkçi götürür. Çox keçmir ki, (5 ay) bu vəzifədən də kənarlaşdırılır və hazırda biznes fəaliyyəti ilə məşğuldur.
Oğul İsgəndərovla bağlı zaman-zaman ölkə mətbuatında məlumatlar dolanıb. Məlumatlar sırasında onun biznes fəaliyyətindəki korrupsiya elementlərindən tutmuş, özəl kaprizinə qədər çoxlu faktlar sadalanıb…
İndi isə bizim redaksiyamıza heç vaxt yazılmayıb, eşidilməyən məlumatlar daxil olub. Məlumatlarda cənab Nizami İsgəndərovun həm biznes fəaliyyətindən, həm də yaxın keçmişdəki belə demək mümükünsə siyasi fəaliyyətindən bəhs olunur. Məlumatlardan belə məlum olur ki, sabiq deputatın başı dərddədir. Yaxın gələcəkdə onun biznes strukturunu böyük zərbə gözləyir.
Hansı səbəblərdən? Nizami İsgəndərov xeyli vaxtdır ki, hansı yüksəkçinlinin qəzəbinə tuş gəlib? 2005-ci il onun üçün hansı silinməz izlərlə yadda qalıb? Və s. Qarşıdakı günlərdə bu və digər suallara aydınlıq gətirməklə mövzunu davam etdirəcəyik.

Vergi orqanları hara baxır?

“Sumqayıt Ticarət Mərkəzi” ASC-nin fəaliyyətindən bəzi faktlara xüsusi ilə seyriçi qalmaq mümkün deyil. Söhbət dövlət büdcəsinə ödənməli olan vergidən ustalıqla yayınma faktlarından gedir. Əldə etdiyimiz məlumatlar və apardığımız araşdırmalardan belə məlum oldu ki, “Sumqayıt Ticarət Mərkəzi”ndəki böyük sahəli dükanlardan tutmuş qızıl “polka”larına qədər bütün sahibkarlardan alınana icarə haqqının de-fakto məbləği ilə de-yure göstəricisi arasında inanılmaz fərq var. Söhbətləşdiyimiz sahibkarlar müxtəlif olsa da, aşkarlanan faktlar demək olar ki, eyni idi. (Həmsöhbətlərimizin adlarını açıqlamağı uyğun bilmirik). Məsələn, 24 m2-lik dükanın sabibi bildirdi ki, ayda 1000 manat icarə haqqı ödəyir, qarışılığında isə ona hüquqi qüvvəsi şübhə doğuran 240 manat yazılmış çek verilir. Bundan əlavə vergi, sosial sığorta, işıq pulu və s. adlarla da ayda 300 manat, depozit (?) adı ilə ildə 1000 manat, kondisionerin hər nəfəsliyi üçün ildə 500 manat alırlar. 12 m2-lik dükanlarda isə bu rəqəm müvafiq olaraq icarə üçün 500 manat (çekdə 120 manat yazılır) və digər xərclər də yarıbayarı azalır. Dükanların sahəsi artdıqca isə bu rəqəmlər də müvafiq olaraq yüksəlir. Qızıl “polka”larında isə aylıq icarə 250-300 manat arasında dəyişir.

Nəzərə alsaq ki, “Sumqayıt Ticarət Mərkəzi”ndə dükanların sayı minlərlə ölçülür, onda aylıq toplanan məbləği təsəvvür etmək heç də asan olmaz. Eyni zamanda vergidən yayındırılan məbləği də. İndi söz hörmətli vergi mənsublarınındır, buyurub araşdırsınlar…

Onu da qeyd edim ki, hörmətli Nizami müəllimlə əlaqə yaradıb, suallarımıza cavab almaq cəhdlərimiz hələ ki, alınmır.

Mirzə

COMMENTS