Sabiq İH başçısının qohumu Şabranda qəza törətdi – 3 nəfər öldü

Sabiq İH başçısının qohumu Şabranda qəza törətdi – 3 nəfər öldü

Şabran rayonunda baş verən yol qəzasında ağır yaralanan Cəlal Azad oğlu Babayev də ölüb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, o, H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.

Qeyd edək ki, ondan əvvəl ağır yol qəzasında rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu ölüb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı digər rayon sakinləri – İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Onu da bildirək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran (Dəvəçi) Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Xanoğlan oğlu Şahverdiyevin  dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS