Sabiq nazir ömürlük həbs cəzasına məhkum edilib

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi komitəsinin keçmiş üzvü, ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanlarının işinə nəzarət edən Çjou Yunkan ömürlük həbs cəzasına məhkum edilib.

O, rüşvətxorluqda, xidməti səlahiyyətlərini aşmaqda və dövlət sirrini yaymaqda günahkar bilinib. Tyantszin şəhər məhkəməsinin qərarına əsasən Çjou Yunkan, həmçinin ömürlük olaraq siyasi hüquqdan məhrum edilib. Onun mülkiyyəti də müsadirə olunacaq.

COMMENTS